main-post-cover

    İnstagrama şərhləri like etmək funksiyası əlavə olundu! (+3 əlavə yenilik)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Hər gün böyüyən və artıq ən çox istifadə edilən sosial şəbəkələr siyahısında ilk pilləyə yaxınlaşan İnstagrama çoxdan gözlənilən funksiya nəhayət ki əlavə edildi.

    Artıq Instagramdakı şərhləri like etmək də mümkün olacaq. Qısa zaman sonra bütün hesablarda aktivləşəcək olan "şərh"ləri bəyənmək funksiyası Instagram-da şərh tutuzdurmaq istəyənlər üçün fürsət olacaq. Beləki artıq istədiyiniz şərhi də şəkilləri bəyəndiyiniz kimi bəyənə bilərsiniz.
     
     
    Bundan əlavə istədiyiniz video və şəkil paylaşımınıza şərh qadağası qoymaq və əlavə olaraq istədiyiniz izləyiciləri "follower"lər siyahısından bir kliklə çıxara biləcəksiniz. 
    Şərhlərə qadağan qoymaq funksiyası hələki sadəcə bir neçə hesabda aktivdir, lakin Instagram yaxın zamanda bütün hesablarda bu funksiyadan istifadənin mümkünlüyünə şərait yaradacaq. Şərhlərə qadağa qoymaq üçün "Əlavə tənzimləmələr" bölməsinə klikləyərək paylaşım etməzdən qabaq "Şərhləri söndür" funksiyasını aktiv etməlisiniz. Həmçinin paylaşım edildikdən sonra istənilən vaxt "..." menyusundan şərhləri yenidən aktiv edə bilərsiniz.
     
    Görək Instagramın bu yeni funksiyaları nə qədər uğurlu olacaq və nə qədər müddətdə hər kəs üçün aktiv ediləcək?
    Linki kopyala