2017-ci ildə 3 milyon uşaq həyatını itirə bilər

218

Həkimlərin proqnozlarına əsasən 2017-ci ildə 5 yaşına çatmamış 3 milyon uşaq, infeksiya xəstəliklərindən həyatını itirəcək.

Bu cür məlumat 28 Oktyabr tarixində Ümumdünya Gigiyena Şurasının təqdim etdiyi məruzə sənədində qeyd olunub. "Technote.az”ın "Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən statistikaya görə hər il 1 milyon uşaq pnevmoniyadan, 700.000 uşaq isə diareyadan həyatını itirir. Mütəxəssislər qeyd edirlər ki, adi gigiyena qaydalarına riayət olunmaması infeksiya səbəbilə həyatlarını itirən uşaqların sayının artmasına səbəb olur. Dünyadakı ailələrin yarısından çoxu sezon qripi zamanı evdə dezinfeksiya işləri aparırlar. Bu isə məsləhətli deyil. Şəxsi evlər 31% ehtimalda bağırsaq infeksiyasının əsas səbəbi olurlar. Həkimlərin bildirdiklərinə görə uşaqların ölümünün qarşısını almaq üçün adi gigiyena qaydalarına riayət etmək lazımdır. Əlləri sabunla yumaq diareyadan ölüm ehtimalını 50% aşağı salır. Evdə təmizliyin saxlanması halında isə diareya, qrip kimi xəstəliklərə yoluxmaq ehtimalını aşağı salır. Bundan əlavə olaraq mütəxəssislər uşaqlara antibiotiklərin tez-tez yazılmasını məsləhət görmürlər.