drzeka zeka kartları

2017 model Sony Xperia XZ telefonu haqda məlumatlar sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5478 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Sony-nin 2017 model ağıllı telefonu Xperia XZ sızdırıldı.

Sony də bir sıra texnologiya şirkətləri kimi yeni telefonlar üzərində işlər aparır. Şirkət 2017-ci ildə yeni Sony Xperia XZ (2017) modelini istifadəçilərə təqdim etməyə hazırlaşır. Hətta cihazın ön panelinə aid görüntüsü sızdırılıb. Fotoda yeni telefonun üst və alt hissələrinin ikili dinamikaya sahib olması nəzərə çarpır.


Xperia XZ-in Snapdragon 835 prosessora və əvvəllər bu model telefonlarda yer almayan 3GB RAM-a sahib olacağı gözlənilir.

Sony, 4 yanvar 2017 tarixində CES 2017 tədbirində konfrans həyata keçirməyi düşünür. Bu konfransda şirkətin, 2017 model Xperia XZ ağıllı telefonunu tanıtması gözlənilir. Verilən məlumata görə yeni telefonun da öz sələfləri kimi suya və toza dayanıqlı olacağı bildirilir. Xperia XZ modelində olması gözlənilən digər bir xüsusiyyət isə telefonda barmaq izi sensorunun yer almasıdır.



<