232 saatını sərf edərək Apple Campus 2 binasını, Minecraft oyununda yaratdı (VİDEO)

1373

Alex Westerlund adlı videoblogger, "Apple” şirkətinin yeni kampusu Apple Campus 2-ni Minecraft oyununda uçan boşqab tərzində yaradıb.

O öz yaratdığı şah əsərinin bütün detallaını əks etdirən videonu, YouTube kanalında təqdim edib. Videoda şirkətin üzük formasında olan yeni kampusu əks olunub. Alex-in yaratdığı kampus, uzaq gələcəkdən gəlmiş hansısa kosmik gəmiyə bənzəyir. Qeyd etmək lazımdır ki, yeni kampusun dizaynı vaxtı ikən Steve Jobs tərəfindən təqdim edilmişdi. Videoblogger tərəfindən yaradılmış maket, özündə şirkətin Kupertinoda yerləşən baş ofis binasını, yeraltı dayanacağı, fitnes mərkəzi, konfrans zalını və s. birləşdirir. 4 mərtəbəli kampusun dəqiq oxşarını yaratmaq üçün Alex, 232 saatını sərf edib. Şirkətin baş ofis binasının daxili dizaynı da diqqətsiz qalmamışdır. Qeyd etmək lazımdır ki, Apple Campus 2-nin tikintisi bu il sona çatacaq. Real binanın ümumi ərazisi 120.000 kvadrat metr təşkil edir.