main-post-cover

    240 like analiz üsulu ilə insan haqqında istənilən məlumatı necə əldə etmək olar?

    07.05.2017
    Farid Pardashunas

    Facebook istifadəçisi üzərində edilmiş 240 like analizi, onun barəsində, sevgilisinin bildiyindən daha çox məlumat verə bilər.

    Bu barədə Stenford yüksək məktəbinin, təşkilatı davranış kafedrasının dosenti Michal Kosinski danışıb. "Bir insanı onun iş yoldaşı səviyyəsində tanımaq üçün 10 like sistemini analiz etmək, həyat yoldaşı və ya ailə üzvləri səviyyəsində tanımaq üçün isə 230-240 like sistemini analiz etmək lazımdır” – deyə Kosinski bildirib. Bu zaman dəqiqlik çox yüksəkdir. Məsələn dəri rəngi və insanın seksual orientasiyasını 90% dəqiqliklə təyin etmək olar. Ümumi olaraq isə hər hansı bir istifadəçinin "rəqəmsal izləri”ni (onun qulaq asdığı musiqilər və ya internet vasitəsilə aldığı məhsullar) analiz etsək onda onun xəbəri belə olmadan həmin insan barəsində demək olarki hər şeyi öyrənə bilərik.
    "Mənim üsulum onu göstərir ki, insanın rəqəmsal izlərini analiz etməklə siz onun psixoloji özəlliklərini öyrənə bilərsiniz. Bu barədə çox şübhələr var idi. Şübhələr o baxımdan ki, həqiqətənmi bir insanın rəqəmsal izlərini, internetdə etdiyi müxtəlif əməliyyatları analiz etmək sayəsində onun psixoloji şəxsiyyəti haqqında məlumat əldə olunsun?” –deyə alim qeyd edib. Klassik psixologiyanın aspektləri onu qeyd edir ki, internetdə olan insanlar çox vaxt təsadüfi əməliyyatlar edirlər. Onları analiz edərək isə şəxsin psixoloji şəxsiyyəti barəsində tam fikri formalaşdırmaq olmur. "Mənim tədqiqatlarım bunun əslində elə olmadığını göstərdi. Siz təməl olaraq rəqəmsal izləri götürə bilərsiniz. İnsanın şəbəkədəki davranışı onun şəxsiyyəti haqqında məlumat verir. Beləliklə indiki zamanda siz, hər-hansı insanın psixoloji şəxsiyyəti haqqında məlumatları onun xəbəri olmadan belə əldə edə bilərsiniz” – deyə Kosinski əlavə edib. İstənilən şəxsin Facebook səhifəsinə daxil olub hər-hansı bir tədbirdən olan fotosuna və ya onun iştirak etdiyi tədbirlərin siyahısına baxmaq olar. Nəticədə bir çox şeylər aydınlaşacaq.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər