26$-lıq Nokia 150 modeli təqdim olundu

6553

"HMD Global” şirkəti, Nokia brendi altında öz ilk məhsulunu təqdim etdi.

Yeni mobil telefonlar sadə görünüşlü Nokia 150 və onun iki SIM kart versiyalı Nokia 150 Dual SIM olmuşdur. İstehsalçının sözünə əsasən bunlar sadə, dözümlü mobil telefonlardır. Hər iki modelin qiyməti isə 26$ təşkil edir. Nokia 150 modeli, 2.4 inç QVGA ekran, VGA kamera (işıqlandırma sistemli), 1020 mAh enerji tutumlu batareya və microSD kart (32 GB-a qədər) girişi ilə təchiz olunmuşdur. Bu modelin avtonom rejimdə enerji saxlama müddəti 31 gün, danışıq zaman saxladığı enerji müddəti isə 22 saatdır. Nokia 150 Dual SIM, avtonom rejimdə 25 gün enerji saxlama qabiliyyətinə sahibdir. Həmçinin hər iki modeldə Bluetooth 3.0, micro-USB girişi, 3.5 mm audio girişi də mövcuddur. Hər iki model 2017-ci ilin ilk rübündə satışa çıxacaq. Qeyd edək ki, bu ilin May ayında "Nokia”, "HMD Global” şirkəti ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən ikinci tərəf, növbəti 10 il ərzində Nokia brendi altında mobil telefon və planşet istehsal edə bilər.