main-post-cover

    27 Oktyabrdakı tədbirdə "Apple"ın təqdim edəcəyi məhsullar məlum olub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "KGI Securities” şirkətindən olan analitik Minq Çi Kuo hamıya brend cihazların anonsundan qabaqkı proqnozları ilə tanınır.

    Bu dəfə o, 27 Oktyabr tarixində baş tutacaq "Hello Again” adlı tədbirdə "Apple” şirkətinin hansı cihazları təqdim edəcəyini bildirib. Kuo-nun sözlərinə görə şirkət 3 yeni cihazın təqdimatını hazırlayır. Bunlar 12 inç-lik MacBook, 1315 inç-lik MacBook Pro modelləri olacaq. Məlumata əsasən yeni Intel CoreAMD qrafik sürətləndiriciləri kimi yenilənmələrdən əlavə sözügedən cihazlar həmdə qeyri-adi idarəetmə elementinə sahib olacaqlar. Belə ki, bu qeyri-adi idarəetmə elementi klaviaturanın yuxarı hissəsində yerləşəcək sensorlu OLED ekran olacaq. Bundan əlavə olaraq yeni MacBook Pro modelləri Touch ID barmaq izi skanı və Thunderbolt 3 dəstəkli USB-C girişi ilə təchiz olunacaqlar. 13 inç-lik MacBook-a gəldikdə isə deyilənə görə cihaz dizayn baxımından heç bir dəyişikliyə məruz qalmayacaq. Yeni özəlliklərdən isə onun da bir neçə USB-C girişinə sahib olacağıdır. Lakin analitikin sözlərinə əsasən iMac5K formatlı yeni ekranı gələn ildən tez bir zamanda gözləməyə ehtiyac yoxdur. "Apple” şirkəti ənənəvi olaraq bu məlumatlar haqqında fikir bildirməyib.
    Linki kopyala