3 fərqli DNT-yə sahib uşaq dünyaya gəlib

1185

Amerikalı alimlər tibb sahəsində yeniliyə imza ataraq 3 fərqli DNT-yə sahib uşaq dünyaya gətirməyə nail ola biliblər.

Dünyada ilk dəfə anası, atası və əlavə bir şəxsin də DNT-sini daşıyan uşaq dünyaya gəlib. Anasının sahib olduğu genetik xəstəlik səbəbiylə bu yeniliyi istifadə edən həkimlər, tibb dünyasında bir ilkə imza atıblar. New Science-da yayımlanan xəbərə görə 6 Aprel 2016-cı ildə dünyaya gələn uşağın ailəsi, qanun qadağasının olmadığı Meksikaya gedərək orda müalicəni davam etdiriblər. Leigh adında ölümcül əsəb xəstəliyi daşıyan mutasiyaya uğramış genetikaya sahib ananın daha əvvəl uşaq sahibi olmaq arzusu yarıda qalıb.

Photo published for First baby born with DNA from 3 people – mom, dad, egg donor

New Hope Fertility Center-dən Dr. Con Zanq və heyəti, ananın DNT-sindən istifadə edərək, sağlam hissəni alaraq digər donorun sağlam mitoxondrisinə birləşdirərək sağlam yumurta yarada biliblər və bu yumurtanı sperm ilə dölləndiriblər. Uşaq, donorun DNT-sinin 0.1%-ni təşkil edir. Bunun vasitəsilə həm də uşağa xəstəliyin keçməsinin qarşısı alınıb. Dr. Zanq mövzu ilə əlaqəli açıqlama edərək "Mitoxondri ilə bağlı xəstəliklərin uşaq və ailələr üzərində böyük mənfi təsiri var” deyə bildirib. İlk dəfə "3 valideynli” bir uşağın dünyaya gəldiyini bildirən Zanq, "Bunun böyük inqilab xarakterli vəziyyət ”olduğunu açıqlayıb.