30$ dollar qiymətində olan dünyanın ən kiçik mobil telefonu

08.05.2017 0 PAYLAŞIM 5565 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Vphone” şirkəti dünyanın ən kiçik sensorlu mobil telefonunu təqdim edib.

Vphone S8 telefonu

Vphone S8 adlı cihazın çəkisi cəmi 30 qr-dır. İlk baxışdan mobil cihaz kəmərsiz "ağıllı” saata bənzəyir. Lakin sözügedən istehsalçı öz cihazına belə bir adı qoyaraq rəqiblərinin fonunda seçilməyi bacarıb. Cihaz 1.54 inç ekrana sahibdir. Həmin ekran isə 2.5D qoruyucu şüşə ilə örtülmüşdür. Vphone S8-in daxilində 64 MB RAM, 128 GB daxili yaddaş və 380 mAh enerji tutumlu batareya yerləşir. Həmçinin microSD girişi də təmin olunmuşdur. Vphone S8 Bluetooth vasitəsilə iOS və ya Android cihaza qoşularaq onunla sinxron vəziyyətdə çalışa bilir. Beləliklə siz kiçik cihaz vasitəsilə zənglərə və ismarıclara cavab verə bilərsiniz. Bunlar hələ son deyil. Bütün bunlardan əlavə olaraq kiçik mobil telefon özündə FM radionu, qulaqlıqlar üçün girişi və ürək döyüntüsünü ölçən ötürücünü özündə birləşdirir. Vphone S8 30$ qiymətində satılır.

Vphone S8 telefonu

Vphone S8 telefonu

Vphone S8 telefonu

Vphone S8 telefonu