main-post-cover

    30 Metrdən düşən Galaxy Note 7-nin aqibəti! (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung Galaxy Note 7 üçün olduqca maraqlı bir dözümlülük testi edildi. 

    Samsung Galaxy Note 7, IP67 sertifikatı ilə təsdiqlənmiş, suya və toza qarşı dayanıqlı bir smartfondur. Əlavə olaraq telefonda yer alan Corning Gorilla Glass 5 texnologiyası da onu, cızıqlara və zədələrə qarşı qoruyur.
    Xəbərimizə mövzu olan dözümlülük testi isə, modelin bu dayanıqlılıq limitini ən çətin şəraitlərdə yoxlayır.
    YouTube kanalı GizmoSlip, Galaxy Note 7-nin dayanıqlılığını test etmək üçün onu bir qabın içinə qoyur və içərisini su ilə doldurur. Su ilə dolu qab, içərisindəki smartfonla birlikdə dondurulur. Buz kütləsi içindəki Galaxy Note 7, tam olaraq 30 metr hündürlükdən aşağı atılır.
    İşin maraqlı yanı isə buz içində suya dözümlülüyü köməkliyi ilə işləməyə davam edən Note 7-nin 30 metrdən düşməsinə baxmayaraq heç bir zərər görməməsidir. Görünüşə görə Corning Gorilla Glass 5, həqiqətən bir əvvəlki modelə nisbətən çox daha dayanıqlı bir hala gətirilib.
    Sözü daha çox uzatmadan sizi video ilə baş-başa buraxaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər