30 MP-lik ön kameraya sahib yeni lüks smartfon

7549

Çinin "8848 Phones” adlı şirkəti, lüks smartfonunu anons edib.

Smartfon ona görə lüks hesab olunur ki, onun arxa hissəsi dana dərisindən hazırlanıb və qızıl taxma çərçivə ilə dizayn olunub. Lakin smartfonun əsas özəlliyi ondan ibarətdir ki, onun  ön kamerası 30 MP-dir. Arxa kamerasının ətrafı 18 karatlıq qızıldan hazırlanmış və üzərində əjdaha fotosu olan çərçivə ilə əhatə olunub. "Technote.az”ın "Gizmochina”ya istinadən verdiyi xəbərə əsasən qalan bütün hissə isə dana dərisindən ibarətdir. Smartfonun əsas kamerası 21 MP-dir. Onun texniki göstəricilərinə gəldikdə isə cihaz, 5 inç Full HD ekran, 8 nüvəli Qualcomm (prosessorun növü bilinmir) prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş ilət təchiz olunmuşdur. Lüks smartfonun qiyməti isə 2880$-dır.