300$-a öz iPhone 6s modelini hazırladı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Amerikalı mühəndis Scotty Allen, yerli elektronika hissələrinin istehsalını incələmək üçün Şanxayda bir neçə ay zaman keçirib.
Onun videosu, elektronika hissələrinin yerli bazarına və
iPhone modelləri üçün hissələrin hazırlanıb satılması ilə məşğul olan xüsusi
yerlərə həsr olunub. Scotty, müxtəlif mobil cihazlar üçün hissələrin satıldığı bazarlarda
uzun zaman keçirib. Kimsə həmin hissələrdən işlək smartfonun hazırlanmasının
mümkünlüyü barəsində maraqlananda, Scotty-nin ağlına maarqlı bir fikir gəlib.
Beləliklə o, smartfon hissələrinin satıldığı bazardan lazımi komponentləri
alaraq 16 GB daxili yaddaşa sahib iPhone 6s modelini yığıb. Maraqlısı ondadır
ki, onun özünün hazırladığı model 300$-a başa gəlib. Yəni əsl iPhone modeldən 2
dəfə daha ucuz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ