main-post-cover

    31 Dekabr tarixində "Apple" daha 4 məhsulunun texniki dəstəyini dayandıracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    31 Dekabr 2016-cı il tarixində "Apple” şirkətinin Mac kompüterlərinin 4 modelinin servis dəstəyi dayandırılacaq.

    Sözügedən siyahıya 2011-ci ildə satışa çıxmış 15-17 inç ekranlı MacBookMac Mini ilə 13 inç ekranlı MacBook modelləri daxildir. Əgər siz bu modellərin istifadəçilərisinizsə və sizə texniki kömək lazımdırsa onda sizin bir ay vaxtınız var. Bir aydan sonra şirkətin rəsmi texniki dəstəyini almaq mümkün olmayacaq. Bir qayda olaraq "Apple” öz siyahısını müəyyən cihazın satışa çıxmasında 5-7 il sonra yeniləyir. Çox güman ki, 2022-ci ildə indi dəbdə olan iPhone 7 modeli də daxil olacaq. Bundan əlavə olaraq bu il texniki dəstəyi dayandırılmış cihazlar siyahısına həmçinin iPhone 4 modeli və 2010-cu ildə satışa çıxmış 13 inç ekranlı MacBook Air kompüteri də daxil olmuşdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər