main-post-cover

    3.5 mm girişi iPhone 7-ə qaytaran keys

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7 və iPhone 7 Plus üçün nəzərdə tutulmuş Fuze Case 3,5 mm qulaqlıq girişinə sahib olması ilə yanaşı həmçinin enerji yığma keysi kimi də işlədilir.

    3.5 mm girişi geri qaytaran Fuze Case
    Fuze Casey-in yaradıcıları bildiriblər ki, keys, cihazı yalnız 5 mm qalınlaşdırır və onun çəkisi 28 qr-dır.. Lakin o iPhone 7-ni 2400 mAh, iPhone 7 Plus-ı isə 3600 mAh əlavə enerji ilə təmin edəcək gücə sahibdir. Bütün bunlardan əlavə olaraq keys həmçinin 3.5 mm audio giriş üçün nəzərdə tutulmuş qulaqlıqlardan naqilsiz istifadəni təmin edir. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən keys Lightning giriş vasitəsilə enerji yığır. Keysin korpusu plastikdənhazırlanmışdır. IndieGoGo platformasında lazımi vəsaiti yığandan sonra cihaz 69$ qiymətinə satılacaq. Lakin İphone 7 Plus modeli üçün olan keysin qiyməti hələki bilinmir. Keysin ilk tirajının bu ilin Dekabr ayında satışa çıxması gözlənilir.
    Linki kopyala