main-post-cover

    3D bioprint saç tökülməsinə qarşı mükəmməl vasitə ola bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "L’Oréal" toxuma mühəndisliyi üzrə 30 illik təcrübəyə sahib, saç biologiyası sahəsində olduqca inkişaf etmiş təşkilatdır. Məşhur kosmetika firması indi də 3D bioprint üzərində işlər aparan Fransız biotexnologiya şirkəti "Pioetis" ilə ortaq bir layihə üzərində işlər aparır

    Saçın əmələ gəlməsinə şərait yaradan saç folikulunu 3D bioprint texnikasıyla istehsal etməyə çalışan bu iki şirkət nəticə əldə etmək üçün minimum 3 il tələb olunduğunu bildirir.
    Daha əvvəl də bio-mühəndislik şirkəti "Organova" ilə işbirliyi edən "L’Oréal", bioprint köməyilə insan dərisi istehsal etməyə nail ola bilmişdi. Saç folikulu dəri hüceyrələrindən fərqli quruluşa malik olur və bir folikul 15 fərqli hüceyrənin birləşməsindən əmələ gəlir. "Poietis" bu layihə üçün daha əvvəl üstündə işlədiyi lazer dəstəkli bioprint texnikasından istifadə edəcək.

    Saç tökülməsi müalicəsində istifadəsi nəzərdə tutulurmu?

    "Poietis" CEO-su Fabien Guillemot bunun ən qəliz bioprint layihələrindən biri olacağını bildirib. Ancaq bu yeni layihənin saç tökülməsinə qarşı istifadəsi sual altındadır deyə bildirib. Şirkətin bir digər nümayəndəsi Ami Conson sözü gedən layihənin maddi tərəfinə diqqət çəkmişdir. Onun sözlərinə görə saç implantasiyasını maddi problemlərə görə edə bilməyən şəxslərin bu yenilikdən faydalanma ehtimalı çox aşağı səviyyədədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər