main-post-cover

    4 gün davam edəcək “I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016” başladı!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "ASAN Könüllüləri" Təşkilatı və Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin birgə təşkilatçılığı ilə 27-30 noyabr tarixlərində Gəncə şəhərində keçiriləcək "I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016” layihəsi artıq başladı.

    11 ölkədən olan gənclərin qatıldığı akademiyanın əsas məqsədi Azərbaycanda startupın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsinin artırılması eyni zamanda startupların yaradılmasını stimullaşdırmaq və startup ekosistemini inkişaf etdirməkdir. "Startup Akademiyası” çərçivəsində gənclərə potensial ideyaların reallaşdırılması məqsədi ilə yerli və xarici donorlar tərəfindən təcrübə və texniki dəstəyin göstərilməsi, onlara öz ideyalarının inkişafı haqqında məlumatların verilməsi və peşəkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradılacaq.
    Qeyd edək ki, bugündən etibarən 4 gün davam edəcək Akademiyada gənclərə peşəkar münsiflər tərəfindən təlimlər keçiriləcək və seçilmiş ən uğurlu startup ideyasının qalibi beynəlxalq startup mərkəzlərinin birində təcrübə proqramına göndəriləcək.
     



     

    Linki kopyala