main-post-cover

    4 Yaşında 7 Dil Bilən “Camaatın Uşağı” Tapıldı

    07.05.2017
    Farid Pardashunas

    Rusiyada "İnanılmaz İnsanlar” adlı televiziya verlişinə qatılan 4 yaşındakı uşaq, 7 müxtəlif dilə danışa bilir.

    Rusiyanın paytaxtı Moskvada yaşayan 4 yaşındakı qız Bella Devyatkina, qatıldığı İnanılmaz İnsanlar adlı proqramda hünərlərini sərgilədiyi sırada həm münsifləri həm də tamaşaçıları özünə heyran buraxdı.
    Səhnəyə ana dili olan Rus dilində danışaraq gələn Bella, paltarlarında öz dillərinin yazılı olduğu insanlarla danışmağa başlayır. Əvvəlcə bir adamla qarşılıqlı İngiliscə danışmağa başlayan kiçik qız, daha sonra sırası ilə Alman, İspan, Fransız, Çin və Ərəb dillərində özündən soruşulan suallara cavab verməyə başlayır; və üstəlik heç özünü itirmədən bütün verliş boyu müxtəlif dillərdə danışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər