main-post-cover

    4 yaşlı uşaq, Siri vasitəsilə anasını xilas etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Səsli köməkçilərin istifadəsi, mobil telefonların funksionallığını daha üst səviyyəyə qaldırır.

    Siri səsli köməkçisi süni zəkaya əsaslanaraq, istifadəçiyə yardımçı olur. O hətta insan həyatını da xilas edə bilər. Londonun Kentli adlı qəsəbəsində yaşayan bir qadın, ciddi səhhət pozğunluğundan əziyyət çəkir. Belə ki, qadın tez-tez huşunu itirir. Onun Roman adında 4 yaşlı oğlu var və o, Siri-dən istifadə edə bilir. Günlərin birində həmin qadın huşunu itirib və uzun zaman özünə gələ bilməyib. Anasına təcili kömək lazım olduğunu bilən Roman, qadının iPhone cihazını götürüb və huşsuz vəziyyətdə olan anasının barmağını, smartfondakı barmaq izi skanı bölməsinə yerləşdirib. Daha sonra Siri səsli köməkçisi işə düşüb. Bu zaman Roman, Siri-yə, anasına kömək lazım olduğunu bildirib və Siri, 999-a zəng edərək xilasetmə xidməti ilə əlaqə saxlayıb. Xilasetmə xidməti ilə əlaqə yaranandan sonra Roman bildirib ki, onun anası gözlərini açmır və nəfəs almır. 13 dəqiqə sonra xilasetmə xidməti, onların yaşadığı ünvana gələrək qadını xilas edib. Bu onu göstərir ki, balaca uşaqları, öz ünvanlarını bilməyi və təcili vəziyyətlərdə xilasetmə xidmətləri ilə necə əlaqə yaratmaq lazım olduğunu öyrətmək lazımdır.
    Linki kopyala