drzeka zeka kartları

5 gün ərzində 5 milyondan çox izlənən viral reklam izləyənləri çox təsirləndirir

08.05.2017 0 PAYLAŞIM 6085 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

BBDO NY tərəfindən yararadılan və 5 gün ərzində 5 milyondan artıq izləyici sayına çataraq böyük viral təsiri yaradan "Evan " adlı film, görünüşdə iki məktəbli arasında yeni-yeni çiçəklənməkdə olan sirrli bir eşqdən danışır, isti və sevimli bir hava daşıyır... Bəs sizcə bu videonun bu qədər izləyiciyə çatmasının səbəbi hamımızı məktəb illərinə aparmasıdır?
Filmin əvvəlində Evanla tanış oluruq, kitabxanada sıxıntıdan sıraya sıxıldığını yazır, sonrakı gün eyni yerdə özünə yazılmış bir cavab tapır. Evan və sirrli qız arasında sıralara yazılan söhbət gündən-günə inkişaf edərkən Evan da qızın kim olduğunu tapmağa çalışır. Biz də Evan kimi qızın kim olduğu ilə maraqlanarkən məktəbin son günü bir təsadüf nəticəsində qızla tanış oluruq. Evan və qız bir-birlərinə gülümsəyirlər. Eynilə bir məktəbli aşiqlər hekayəsidir deyərkən... işlər dəyişir. 

(Videoya hələki baxmamısınızsa, təsirinin pozulmaması üçün tam bu nöqtədə izləməyinizi, yazıya ondan sonra davam etməyinizi təklif edirik.)


Film əslində bir sevgi hekayəsi deyil; ABŞ-dakı məktəb hücumlarının ən ürək ağrıdıcı olanlarından Sandy Hook məktəbinə olan hücumdan sonra qurbanların yaxınları tərəfindən qurulmuş "Sandy Hook Promise " üçün bir məlumatlandırma videosudur. Sandy Hook Promise; insanları fərdi silahlanma və məktəb hücumları barədə maarifləndirmək üçün çalışan bir qurumdur və məqsədi insanları bu tip hücumlardan əvvəl görməli olduqları işarətlər barədə xəbərdar etmək, beləliklə hücumlara mane ola bilməkdir. Beləki statistikalara görə məktəb hücumlarının 70%-i hadisədən əvvəl etməyi planladıqlarını birilərinə deyib amma çox zaman heçkim tərəfindən ciddiyə alınmayıb. Bu reklam çarxı da işarələri əvvəldən oxuya bilmənin vacibliyini başa salan "Know the Signs " kampaniyasının böyük bir parçasıdır. 
Film, əli silahlı gəncin içəri girməsindən sonra vacib anları bizə təkrar izlətdirərək və arxa planda daha əvvəl görmədiyimiz işarətləri bu dəfə görməyimizə şərait yaradaraq Sandy Hook Promise adına mesajını olduqca dəqiq verir: Diqqətimiz daha vacib görünən başqa şeylərdə ikən ya da nəyə baxmalı olduğumuzu bilmədiyimizdə, kiçik işarələri görmür ola bilərik amma əslində bu kiçik görünən işarələr böyük tragediyaların da xəbərçisidir.
Filmin bir digər təsiri də paralellik qurmaqdır. Bir məktəb hücumunu gəncliyi ölümlə, məsumiyyəti şiddətlə, gözəlliyi qaranlıqla görüşdürən bir təzadlıq, balansın ani və sərt bir şəkildə pozulması olaraq görə bilərik. Film, hücum qurbanlarının həyatlarında yaşadığı şoku və travmanı bu mənada izləyicidə yaratmağı bacarır. Özünü qapdırıb şirin-şirin bir məktəbli eşq filmi izləyən izləyici, özümü bir anda bir tragediyanın ortasında tapır və ardından görmədiyi işarələri sorğulamağa başlayır. 2 dəqiqə yarımlıq filmdə 1 dəqiqə 40 saniyə davam edən eşq hekayəsi boyunca yaradılan şirin və məsum hava pozulur, filmin sonu filmin əvvəlini unutdurur.
 

Tərkib:

Reklam verən: Sandy Hook Promise
Reklam: "Evan "
Reklam Agentliyi: BBDO New York
Quruluşçu Rejisor: Peter Alsante
Reklam Yazarı: Bryan Stokely
Müştəri Direktoru: Lindsey Cash
Rejisor: Henry-Alex Rubin
Produser: Leah Allina
Video Rejisoru: Ken Seng
Montaj: Jason Macdonald
Mahnı: "Johnny Met June "- Shelby Lynne, Capitol Records, Inc. and Kobalt Music Publishing America, Inc.