5 kosmik rekord

154

Ən gənc kosmonavt kim olub? Kosmosda ən uzunmüddətli uçuşu edən kim olub? Açıq kosmosa çıxış ilk dəfə kim tərəfindən edilib? Bu sualların cavabı bu məqaləmizdədir.

1. Ən gənc kosmonavt

Kosmosda olmuş ən gənc kosmonavtın 25 yaşı var idi. Həmin kosmonavtın adı Herman Titov-dur. 1961-ci ilin Aprel ayında o Yuri Qaqarin-in dublyoru idi. İlk uçuşunu isə həmin ilin Avqust ayında reallaşdırmışdır.

2. Kosmosda qalma müddəti üzrə rekord

Bu nominasiyada qalib şəxs Gennadiy Padalka-dır. O öz uçuşları dövründə 878 gün kosmosda olmuşdur. Ondan öncəki rekordçu isə Sergey Krikalyov-dur. Onun göstəricisi 803 gündür.

3. Ən uzunmüddətli kosmik uçuş

Kosmosda ən uzunmüddətli uçuşu etmiş şəxs Valeriy Polyakov-dur. O "Miradlı orbital stansiyada 437 sutka 18 saat vaxt keçirtmişdir. Beləliklə o, bir uçuşa kosmosda uzunmüddətli qalaraq rekorda imza atmışdır. Həmçinin qeyd etmək lazımdır ki, "Mir” orbital stansiyasına Polyakov təkcə tədqiqatçı-kosmonavt kimi deyil, həmdə həkim kimi getmişdir.

4. Kosmosa tək uçuş etmiş ilk qadın kosmonavt

Yəqin ki, bir çoxlarınız dünyanın ilk qadın kosmonavtıValentina Tereşkova-nı tanıyır. Bundan əlavə olaraq Valentina hələdə tək kosmosa uçuş etmiş yeganə qadın olaraq qalmaqdadır.

5. Açıq kosmosa ilk çıxış

1965-ci ildə kosmonavt Aleksey Leonov dünyada ilk dəfə açıq kosmosa uçuş etmişdir. İlk açıq kosmos çərçivəsində kosmosda qalma müddəti 23 dəqiqə 41 saniyə çəkmişdir. Onlardan 12 dəqiqə 9 saniyəsini Aleksey "Vosxod-2” kosmik gəmisinin xaricində keçirtmişdir. Açıq kosmosa çıxış etmiş ilk qadın kosmonavt isə Svetlana Savitskaya olmuşdur. O bunu 1984-cü ildə etmişdir.