main-post-cover

    5 məşhur CEO və ən sevdikləri kitablar

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Başda texnologiya olmaq üzərə insanlığın gələcəkdə atacağı addımlara rəhbərlik edən nəhəng şirkətlərin başında olan isimlər, boş zamanlarında heç şübhəsiz çoxlu kitablar oxuyurlar. Bəs bu şəxslərdən ən məşhur beşinin ən sevdikləri kitablar hansılardır?

    Tim Cook

     
    George Stalk JR və Thomas M. Hout - "Competing Against Time"
    "Apple”ın CEO-su bizə görə işinə kifayət qədər aşiq biridir. Karyeranızda irəliləmə adına iş prinsipi, disiplin və s. şeylər haqqında vacib tövsiyyələrdən ibarət olan kitab Cook-un marağını o qədər çəkib ki, iş yoldaşları və işçilərinə də bu kitabı hər zaman tövsiyyə edirmiş.
    Bill Gates

     
    Jeromo David Salinger – "The Catcher in the Rye"
    Məncə siyahımızın ən qəribə kitabı Bill Gates-in sevdiyi bu kitabdır. Azərbaycan dilində tərcümədə "Çovdarlıqda Uçurumdan Qoruyan" adı ilə çap edilmiş kitab, ABŞ-da orta məktəblərdə ən çox qadağan edilən kitab olmasına baxmayaraq eyni zamanda ən çox oxudulan kitablardan biridir. Gates uşaqlıq illərində kitabı oxumamış olsa belə, kitabdan ətrafındakı hərkəsə "ən sevdiyim kitab” olaraq söz edirmiş.
     
    Mark Zuckerberg

     
    Daryl Collins, Jonathan Morduch, Stuart Rutherford və Orlanda Ruthven - "Portfolios of the Poor"
    23 kitabdan ibarət olan "Kitabların İli” adlı bir kitab siyahısı paylaşan Zuckerberg, bu kitaba siyahısında da yer vermişdi. Hər zaman xeyriyyə işləri ilə gündəmə gələn və sadə həyat tərzi ilə diqqət çəkən Zuckerberg-in niyə belə bir kitab seçdiyini də az-çox təxmin edə bilirik.
    Steve Jobs

     
    "How Will You Measure Your Life?" - Clayton M. Christensen
    Jobs-un ən sevdiyi kitabı ümumi olaraq hər kəsin fərqli sahələrdə uğurlu olduğunu və bu sahələrə istiqamətlənmək lazım olduğunu anladan, bir növ insanın özündə olan potensialı kəşf etməsinə kömək edən bir kitabdır. Bütün zamanların ən vacib startapçılarından olan Jobs-un da belə bir kitabı çox sevməsi bizə sürpriz olmadı deyə bilərik.
     
    Elon Musk

     
    Walter Isaacson - "Benjamin Franklin: An American Life"
    Yazar, alim, siyasətçi, diplomat, kaşif, filosof... Bütün bu xüsusiyyətləri özündə toplayan, xüsusilə ABŞ üçün böyük bir şəxsiyyət sayılan Benjamin Franklinin, Elon Musk-ı təsirinə alması əslində çox da təəccüblü deyil. Belə ki, "Tesla Motors" və "SpaceX"in rəhbəri olan, bugün ən vacib startapçılardan biri halına gələn və hər keçən gün etdikləri ilə adından söz etdirən Musk, hədəflərinə çata bilsə ən az B.Franklin qədər adını tarixə yazdırmağı bacaracaq.
    Linki kopyala