5 qəpiyə iPhone 7 satan şirkətin maraqlı şərti
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone 7 almaq üçün adınızı dəyişməyi gözə ala bilərsiniz?
Ukraynada yerləşən bir mağaza maraqlı bir
yeniliyə imza atıb. Şirkət bu yaxınlarda satışa çıxarılacaq iPhone 7 üçün yeni
kompaniyaya start verib. Kompaniyanın devizi də çox maraqlıdır: "1 Qrivnaya
iPhone 7 sahibi olmaq istəyirsən?”. Bildirək ki, 1Qvina bizim pulla təqribən 5qəpikdir.
Ukraynanın məşhur pərakəndə şirkəti Adını Sim, familyasını Phone olaraq dəyişən və bu dəyişikliyi təstiq edən rəsmi sənədlərlə
şirkətə müraciət edən şəxsin kompaniyada iştirak edəcəyini bildirib. Şirkət tələbi
yerinə yetirən ilk 5 şəxsin iPhone 7 ilə mükafatlandırılacağını bildirib.
Ukrayna qanunlarına görə 16 yaşını
tamamlayanlar ad və soyadlarını dəyişmə haqqına sahibdirlər. Ad və soyadı dəyişmək
üçün isə sizə ortalama 120 Qrivna (təqribən 7manat) lazımdır. Ad və soyad dəyişmək
istəyənlər bunun üçün əlavə 3-6 ay gözləməlidirlər.
"Yığışın
gedək Ukraynaya iPhone 7 almağa deyirsinizsə”, bildirək ki, bu kompaniyada
xarici vətəndaşların iştirak edib-edə bilməyəcəkləri haqda məlumatımız yoxdur.
Yəni getmədən əvvəl dəqiqləşdirmək məsləhətdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)