main-post-cover

    7 Addımda Multimilyon Dollarlıq İmperatorluq Qurmaq

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Öz İstedadınızı Kəşf Edin

    Yaşınız neçə olursa olsun, sistemli bir yanaşma ilə gizli bir istedadınızı su üzünə çıxarda bilərsiniz. Yetkinlik dövrümüzə çatdığımızda güclü tərəflərimizi və zəifliklərimizi bildiyimizi sanarıq. Ancaq çoxumuz yenə də gizli qalmış bir istedadımızın olub-olmadığını bilmək istəyərik. Heçkim sizin üçün istedadınızı tapmağa çalışmaz. Buna görə də öz istedadınızı tapmaq üçün cəhd göstərməlisiniz. İlk əvvəl lazımi qədər cəhd göstərərək istedadınızı kəşfetməyiniz mütləqdir.

    Öz Hekayənizi Danışın

    Edəcəyin şeylərin başqasının hekayəsinə oxşamasına ehtiyac yoxdur. Professional olaraq nə etdiyin vacib deyil, öz hekayəni yaratmağı öyrənməlisən. Bir hekayə danışacaqsansa bu öz hekayən olmalıdır.
    Çox insan öz hekayəsini danışmaq üçün keçmişi üzərində düşünməlidir. Ancaq sizin hekayəniz vacibdir çünki bu hekayə necə bir dünyada yaşadığınız, kim olduğunuz və hara getdiyinizdən danışır. Düzünü demək lazımdırsa, birgün hərkəs sizin hekayənizi öyrənmək istəyəcək. Özünüzə bir yaxşılıq edin və 5-10 səhifədən ibarət həyat hekayənizi qələmə alın. Unutmayın ki bu hekayəniz mükəmməl olmaq məcburiyyətində deyil. Kim bilir, bəlkə bir gün bu hekayəniz bir kitaba çevrilə bilər.

    Bir Məhsul Yaradın

    Əgər uğur hekayənizə mövzu olacaq multi milyon dollarlıq bir sərvətinizin olmasını istəyirsinizsə əlinizdə satacağınız bir məhsul olmalıdır. Böyüməkdə olacaq brendiniz ilə bağlı hekayəniz üçün sizə aid bir məhsul və xidmət olmalıdır. Müştərilərinizə minnətdar olmağınız insanların məhsullarınıza olan marağını artırmaz.

    İşlərinizi böyüdün

    Öz markanızın daxil olduğu bazar sahəsi ilə bağlı edəcəyiniz tədqiqatlarla, marketinqdə əksik gördüyünüz sahələr üzərində fərqli bir yanaşma əsas götürərək işinizi daha da böyüdə bilərsiniz. Müştərilərinizə uğurla xidmət verərək işləriniz hesablana bilinməyəcək qədər böyüyə bilər. İş həyatınız boyunca işlərinizi daha da inkişaf etdirmənin yollarını axtarmalısınız. Hər zaman sizi digərlərindən fərqli edəcək işlər üzərində fokuslanmalısınız və heç vaxt öz uğurlarınızla tətmin olmamalısınız.
    Markanızın necə daha qısa vaxt ərzində daha çox insana xidmət edə biləcəyi sualı üzərində fokuslanmalısınız.

    Sistemizini qurun

    İşləriniz inkişaf etdikcə bunu dəstəkləyəcək bir sistem qurmalısınız. Sizin xeyrinizə işləyə biləcək bir sistem imperatorluğunuzu qurmağınızda köməkçi olacaq. Düzgün bir sistem sizin üçün ən dəyərli şey olan zamanı qorumağınıza kömək edər. Lazımsız vaxt itkiləri ilə məşğul olaraq performansınızı və məhsuldarlığınızı neqativ tərəfə doğru yönəlməsinə həll olaraq tək şeyin düzgün işləyən bir sisteminizin olmasını məsləhət görə bilərik.

    İşçi Alın

    Sisteminiz çatdığınız həcmi qarşılamırsa artıq işçi götürməyin zamanı gəlib deməkdir. Qəribə səbəblərdən ötəri Azərbaycanda bütün startapçılar özlərinə şirkətin CEO-su deyirlər və adətən ilk işləri öz vəzifələri xaricində işçiləri qəbul etmək olur. Vacib vəzifələrdə var olan işçilər arasında random (təsadüfi) vəzifə bölgüsü aparmaq yerinə bu pozisiyalar üçün ən uyğun şəxsləri işə almaq daha düzgün seçim olardı.

    Toplu Məhsul İstehsal Edin

    Satış edə bilməcəyiniz yaxşı bir xidməti əldə etmisinizsə işlərinizi hesablamağı və gücləndirməyi istəyəcəksiniz. Multi milyon dollarlıq bir sərvətə sahib olmağınız üçün çox daha artıq istehsal və satış etməlisiniz. Daha çox müştəriyə xitab edə bilməyiniz üçün müştərinizin istəklərini diqqətə almalısınız. Belə ki, xidmət göstərdiyiniz müştərilərinizlə də daimi əlaqədə olmalısınız.
    İşinizi ustalıqla inşa etsəniz inamda eyni dərəcədə artar. Daha çox insana xidmət göstərmək, işinizdə özünüzü daha çox inkişaf etdirməyinizlə bağlıdır. Daha yaxşı məhsullar demək daha çox müştəriyə çatmaq deməkdir. Əgər 100 nəfərə yaxşı formada xidmət göstərə bilirsinizsə minlərlə müştəri daha gələcəkdir, əgər minlərlə insana yaxşı xidmət edə bilsəniz yüzminlərlə müştəri daha gələcəkdir əgər yüzminlərlə insana yaxşı xidmət etsəniz bu say milyonlara çatacaqdır.
    Uğurdan uğur doğar. Öz ətrafındakı fürsətləri nə vaxt dəyərləndirsən o vaxt yaşamaqdan ləzzət almağa başlaya bilərsən. Öz həyatında nə etmək istədiyini tapmalısan. Multi milyon dollarlıq sərvəti qurmaq üçün insanlara necə bir xidmət göstərməli olduğunu anlamaq üçün əvvəlcə daha az sayda insana necə xidmət göstərəcəyini öyrənməlisən.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər