main-post-cover

    8 GB RAM-a sahib yeni smartfon gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    8 GB RAM-a sahib ağıllı telefon gəlir!

    Gün keçdikcə qızışan ağıllı telefon bazarındakı rəqabət mühiti, 8 GB RAM kimi rekord təchizat xüsusiyyətlərini də özüylə bərəbər gətirir. Bu yeni telefonun digər xüsusiyyətləri nələrdir? Xüsusilə Çin markaları arasında ən yüksək təchizat xüsusiyyətlərinə sahib ağıllı telefon istehsal etmə yarışı, Apollo 2 ilə tam fərqli bir ölçü qazanır. Bu ay içərisində keçiriləcək olan MWC 2017 tədbirində təqdim olunacaq cihaz, əlavə olaraq MediaTek Helio X30 prosessorunu istifadə edən ilk ağıllı telefon adını da əlində saxlayır. 6 GB RAM + 64 GB daxili yaddaş və 8 GB RAM + 128 GB daxili yaddaş olmaq üzrə 2 fərqli versiyada gələcək olan  cihazla əlaqəli hələ ki başqa bir məlumat yoxdur. Ancaq ortada gəzən şaiyələr, cihazın ekranının 6 inç ölçüsündə və 2K keyfiyyətində olacağı  haqqındadır. Əlavə olaraq prosessor gücünü nəzərə aldıqda cihazın yüksək batareya həcmi təmin etməsini rahatlıqla deyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər