main-post-cover

    800.000 dollarlıq heykəli qırıb selfie çəkdirən qəribə insan

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Düşüncəsiz bir insan, selfie çəkmək istəyərkən 800.000 dollarlıq bir sənət əsərinə zərər verdi. Daha da dəhşətlisi bu hadisə, sözü gedən insanın selfie çəkməsinə mane olmadı.

    Bəzən sənət ilə başqa bir sənət növü görüşər. Təəssüf ki bəzən də, niyə yaşadığını özü belə anlamayan bir insan ortaya çıxıb sənəti yox edər.
    Sonsuzluq Aynaları sərgisi bir müddətdir Washington D.C.-nin Hirshhorn Muzeyində sərgilənir(di). Ancaq düşüncəsiz bir ziyarətçi, selfie çəkib, dostlarına özünü göstərmək istəyərkən 800.000 dollar dəyərindəki Balqabaq heykəlini parçaladı.

    Artnet-ə görə, bənzər bir balqabaq heykəli 2015-ci ildə 800.000 dollara hərracda özünə alıcı tapmışdı.
    Söz gedən sərgi, qəribə insanın səbəb olduğu qəribə qəzadan sonra bağlandı. Qorxuya düşən şəxs isə bütün paylaşımlarını silməyə başlayıb. Qəribə şəxsin adı ictimaiyyətə açıqlanmır. Hərçənd sərginin fotoşəkilləri hələ Instagram kimi sosial media xidmətlərində hələdə gəzir. Sosial media fanatiklərinin zərərləri bu cür hadisələrlə ortaya çıxır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər