86 yaşlı qadın qanunsuz oyun oğurluğuna görə cəza alıb

169

Onlayn oyunlar bir çox insanların həyat tərzinin bir hissəsini təşkil edir. Hətta ele insanlar var ki, oyun onların həyatının ayrılmaz hissəsidir. Bundan əvvəl paylaşdığımız bir sıra xəbərlərdə yaşlı insanların da cavanlar qədər oyun həvəskarı olduğu haqda məlumat vermişdik. Christine McMillan adlı qadının oyun həvəskarı olub-olmadığı məlum deyil. Bu qadın çox maraqlı səbəbdən məhkəməlik olub. 86 yaşlı McMillan köçürdüyü iddia olunan oyuna görə pul cəzası alıb. Belə ki, onun internet şəbəkəsini təmin edən şirkət qadına mesaj yazaraq qeyri-qanuni (müəllif hüquqlarını pozmaqla əlaqədar) oyun köçürdüyü iddiası ilə 5.000$ pul cəzası ödəməli olduğunu bildirib. Qadın isə ona göndərilən xəbərdarlıqları ilk əvvəllər ciddi qəbul etməsə də sonralar bunun vacib olduğunu anlayıb və yardım almaq üçün müraciət edib. Maraqlı məqam isə ondan ibarətdir ki, qadın belə bir oyun köçürdüyünü qəbul etmir. Amma aparılan araşdırmalar bu oyunun onun IP ünvanından köçürülməsini göstərir.

Mövzu ilə əlaqədar münasibət bildirən mütəxəssislər, yaşlı qadının internet şəbəkəsinə başqa birinin müdaxilə etdiyini və onun IP-sindən istifadə edərək oyunu köçürmüş ola biləcəyini deyirlər.