9 il öncə təqdim edilmiş ilk iPhone modeli haqqında sərt şərhlər

1531

9 il bundan öncə iPhone-nun ilk modeli təqdim olunanda insanlar bu cihaza sərt reaksiyalar vermişdilər. Bir çoxlarının fikrincə bu smartfon uğursuzluğa düçar olacaqdı. Bu günki gündə 9 il bundan öncə təqdim olunmuş ilk iPhone modelinə nəzər yetirmək bir qədər qəribədir. Əgər həmin təqdimatdan sonra insanların smartfon barəsindəki reaksiyaları görmək istəyirsinizsə onda sizlərə ilk iPhone modeli haqqında yazlmış o vaxtın şərhlərini təqdim edirik.

"Dostlar, görünür sizlərdən heç kim başa düşmür ki, telefonda sensor ekranı reallaşdırmaq necə də pis bir fikirdir. Mən bununla bağlı bir sıra problemləri öncədən deyə bilərəm. Çox sağolun. Lakin mən öz Samsung A707 cihazımı istifadə etməyə davam edəcəm. Hesab edin ki, mən məyus olmuşam”

"Sensorlu ekran? Bu çox pis ideyadır. Bu texnologiya heç vaxt çalışmayacaq”

"Bu halda, deyildiyi kimi ya qatara minməlisən yada qatarın sənin üzərindən keçməsini gözləməlisən”

"Belə də yox "Apple. Artıq hər şey bitib”

"Bu cihaz həqiqətən mənim Nokia 6030 modelimi əzəcək”

"Steve bəs mənim radiom hardadır?”

"Aman Tanrım. Nyuton yenidən doğuldu

"QWERTY klaviatura yoxdur? Ojhsdodsagfadhjldgs!!”

"iPod, mobil telefon və cib kompüterinin düşük etmiş uşağına bənzəyir. Mən şübhələnirəm ki, əldə bu cihaz uzun müddət bu cür parlaq qalacaq”

"Batareya 5 saat çalışacaq!!!!!!!! Siz ələ salırsız yoxsa zarafat edirsiniz? Axı bu noutbook deyil telefondur”

"Lənətə gəlsin!!! Əgər siz düşünürsünüz ki, bu cihaz böyükdür, onda Steve-in cihazı kameraya yaxın məsafədə tutduğu fotoya baxın. O,Motorola Razr modeli ölçüsündədir! Wi-Fi! Bu qədər. Əlvida digər smartfon istehsalçıları”

"Məni bu iPhone təəccübləndirmədi. Mən cib kompüteri və Windows Mobile-dan istifadə edirəm. iPhone-nun isə mənim mobil cihazım üzərində heç bir üstünlüyü yoxdur. Yox "Apple” çox sağol. Xahiş edirəm əsl cib kompüteri yaradın”

"Çox gözəl görünüşü var. Lakin inanmıram ki, bu cihaz mobil telefon dünyasında növbəti iPod olsun. "Apple” bu qədər vaxtı sadəcə bir mobil telefon yaratmağa sərf edib. "Samsung” və "Motorola” isə hər bir neçə aydan bir yeni telefon satışa çıxardır. Bununla yanaşı onların hər yeni cihazında yeniliklər və innovasiyalı xüsusiyyətlər olur. Üzr istəyirəm lakin əgər mən ismarıc göndərmək istəsəmsə onu klaviaturada yazmağı üstün tutaram, nəinki barmağım ilə ekrana klikləməyi”

"Bütün bu şərhlər mənə birinci iPod-un uğursuz olacağı fikirlərini xatırladır”

"BlackBerry öldü. Bu, digər "ağılsız” telefon və cib kompüterlərinə də aiddir. Şükür tanrıya. Tanrı sizlərə rəhmət eləsin. BlackBerry, PalmTreo

"Deyəsən mən beyindəki dəliliyin səslərini eşidirəm”

"Əlvida Zune”.