main-post-cover

    9 səhifəlik slayd ilə 9 milyon investisiya aldılar. Necə?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Vettery iş axtarana ən yaxşı işverəni tapmaqda köməklik edən startapdır. Keçən həftə startap, investisiyanın ilkin mərhələsində 9 milyon dollar əldə etmişdi. Vettery-nin təsisçiləri investorların diqqətini cəlb etmək üçün hansı slayd fotoları göstərmişdilər?

    Slayd fotolar çox sadə və anlaşıqlıdır. Onlara mütləq nəzər yetirin. Çünki həmin slayd fotolar hər bir startap üçün keçərlidir. Vettery startapı 2013-cü ildə təsis edilmişdir. Sonuncu dəfə prezentasiya bu ilin may ayında yenilənmişdir.
    İlk slayd şirkətin iş prinsipini bir cümlə ilə izah edir. "Vettery istənilən ölkədən, peşədən və səviyyədən olan əməkdaşların axtarışı üçün nəzərdə tutulmuş bazardır”.
    Növbəti slaydda biznesin mahiyyəti daha detallı şəkildə göstərilib. Ümumilikdə Vettery iş axtaranlar və işverənlər üçün bir platformadır. Saytda şəxsi "istedat axtarışı mütəxəssisi” çalışır. O iş axtaranlara və işverənlərə, uyğun vakansiya üzrə lazımi namizədlərin axtarışında köməklik edir.
    "Biz mövcud olan problemi müəyyən hadisə timsalında əks etdirməyə qərar verdik. Biz işverənin ona uyğun namizədi tapa bilməməsi haqqında danışdıq. Bu işdə Vettery-nin ona necə kömək olduğunu görə bilərsiniz” – deyə startapın həmtəsisçisi Adam Qoldşteyn bildirib.
    Şirkətin bütün tarixi dəqiq məlumatlar ilə sıx bağlıdır.
    Daha sonra prezentasiya maliyyə məsələlərinə keçid alır.
    Bazarın böyük imkanlarından söhbət açılır.
    Kimin rəqib olması dəqiqliklə təsvir olunur və bazardakı vəziyyətin necə olduğu barəsində məlumat verir.
    Bu slaydda çoxlu rəqəmlər təsvir olunub. Bu startapın sürətlə böyüməsini göstərmək üçün edilib. İnvestorlar dəqiq rəqəm və məlumatları sevirlər. "Sizin prezentasiya danışığınızın hansı istiqamətdə gedəcəyi vacib deyil. Vacib olan maliyyə xronologiyasını, güman olunan göstəriciləri və müştərilərin müsbət fikirlərini göstərməkdir” – deyə Qoldşteyn məsləhət görüb.
    Son slaydda isə Vettery texnologiyasının digərlərindən fərqi və gələcəkdə hansı yeri tutacağı haqqında ətraflı məlumat yer alıb.
    Vettery startapının təsisçiləri Brett Edkok və Adam Qoldşteyn.


     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər