main-post-cover

    96% insanın bilmədiyi Google axtarışlarınızı asanlaşdıracaq 10 üsul

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İnkişaf etmiş texnologiya və yüksək sürətli internet erasında, istədiyimiz məlumatları asanlıqla tapa bilərik. Sadəcə bir neçə dəqiqə ərzində, ən ləzzətli şirniyyat reseptini tapa bilər və ya çox geniş elmi araşdırmalar apara bilərik.
    Amma, çox vaxt ehtiyacımız olan məlumatı əldə etmək üçün olduqca geniş, lakin lazımsız məlumat yığını ilə qarşılaşmış oluruq. Bu da, bizə lazım olan məlumatı əldə etməyimiz üçün saatlarla vaxtımızı sərf edir. Belə hallarla daha az qarşılaşmağınız üçün Google-da daha faydalı axtarış etməyin bir neçə üsulunu sizə təqdim edirik. 
    1. Ya bu ya da o (Either this or that)
    Bəzən, axtarışa başlamaq üçün lazım olan məlumatları və ya adları tam olaraq xatırlaya bildiyimizdən əmin olmuruq. Amma bu artıq problem deyil. Sadəcə axtardığınız məlumatın bir neçə potensial variantını yazın və onların arasında "|" simvolunu əlavə edərək ayırın. Bu simvolun əvəzinə "ya da" (or) ifədəsindən də istifadə edə bilərsiniz. Ən yaxşı nəticələri tapmaq üçün effektiv üsuldur.

      
    2. Yaxın mənalı sözlərdən istifadə edərək axtarmaq
    Dillər yaxın mənalı sözlərlə zəngindirlər. Bu da, online axtarış edərkən işimizin asanlaşmasına olduqca kömək edə bilər. Əgər web saytlarda axtardığınız adlardan başqa onlarla bağlı olan nəsə tapmaq istəyirsinizsə, axtarışınıza "~"simvolunu əlavə edin. Məsələn "healthy~food" ifadəsini axtarsanız, sağlam qida variantları, yemək reseptləri və sağlam qida ilə bağlı başqa müxtəlif məlumatlar əldə edə biləcəksiniz.
     
     
     
    3. Web saytlar daxilində axtarış
    Bəzən bir web saytda maraqlı bir məqalə oxuyursunuz və daha sonra o məqaləni dostlarınızla da bölüşmək istəyirsiniz. İstənilən məlumatı tapmağın ən asan yolu, web saytda axtarış etməkdir. Bunun üçün saytın adını yazın və məqalədən bir neçə açar sözü və ya bütöv bir ifadəni əlavə edin. Böyük ehtimalla axardığınız məqaləni asanlıqla tapacaqsınız.
     
     
    4. Ulduz simvolunun gücü
    Axtardığımız məlumatı tapmaq istəyirik amma bizə lazım olan açar sözü, ifadəni və ya rəqəmi xatırlaya bilmirik. Bu zaman güclü "*" simvolu köməyimizə gəlir. Onu sadəcə xatırlamadığınız sözün, ifadənin və ya rəqəmin yerində işlədin. 
     
     
    5. Bir neçə söz əskik olarsa
    Əgər sadəcə açar sözü deyil, həm də cümlənin qalan hissəsini də xatırlamırsızsa ilk və son sözləri yazmağı yoxlayın və aralarına "Around + (xatırlamadığınız təxmini söz sayı)" yerləşdirin. 
     
     
    6. Müəyyən vaxt çərçivəsi istifadə edin
    Bəzən sadəcə müəyyən bir vaxt çərçivəsində baş verən hadisələri axtarmalı oluruq. Bunun üçün, tarixlər arasında üç nöqtə (...) yerləşdirərək axtarışımıza müəyyən zaman çərçivəsi əlavə edə bilərik. Məsələn, 20-ci əsrdəki elmi kəşflər haqqında məlumat əldə etmək istəyiriksə, belə yaza bilərik:


    7. Bir başlıq və ya URL axtarmaq
    Açar sözlərini və hansısa məqalənin adını tapmağı asanlaşdırmaq üçün, aralarında boşluq buraxmadan axtardığınız sözün qarşısına "intitle:" yazın. Əgər URL-dən hansısa sözü tapmaq istəyirsinizsə "inurl:" istifadə edə bilərsiz.
     
     
    8. Oxşar web saytları tapmaq
    Əgər internetdə çox bəyəndiyiniz nəsə tapmısınızsa və buna oxşar digər saytları da kəşf etmək istəyirsinizsə, aralarında boşluq qoymadan "related:" yazıb saytın adını axtarışa verə bilərsiniz.
     
     
      
    9. Bütöv cümlələr
    Axtardığınız cümləni dırnaq işərələrinin arasında yazıb axtarmaq, həmin cümləni yazdığınız söz sırasına əsasən tapmağın ən asan və effektiv üsuludur. Hardasa bir mahnı eşitmisiniz və mahnı çox xoşunuza gəlib, lakin, sadəcə bir cümləsini xatırlayırsınızsa bu üsul sizin üçün ən ideal üsul ola bilər.
     
      
    10. Vacib olmayan sözlər
    Əgər axtarışınızda sizin üçün vacib olmayan sözləri görmək istəmirsinizsə, sadəcə, görmək istəmədiyiniz sözün qarşısında mənfi işarəsini yazaraq asanlıqla məqsədinizə çata bilərsiniz. Məsələn, maraqlı kitablar haqqında sayt tapmaq istəyirsiniz, lakin, buradan nəyisə satın almaq istəmirsinizsə aşağıdakı kimi yaza bilərsiniz:
     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər