main-post-cover

    ABŞ-a böyük kiber hücum təşkil edənlər məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    21 oktyabrda bütün dünyada əks səda doğuran böyük DDoS hücumu haqqında maraqlı məlumatlar ortaya çıxıb.

    Xatırladaq ki, bir müddət əvvəl çox ciddi hacker hücumu haqda məlumat paylaşmışdıq. Yer alan xəbərlərdə hətta bu kiber hücumun Rusiya ilə Amerika arasında 3-cü Dünya Müharibəsinin əsasını qoyacağı bildirilirdi. Xəbərlərdə rus hackerlərin Qərbin internet xidmətinə müdaxilə etdiyi və bunun bir başlanğıc olduğu bildirilirdi. Bu hücumlarda ağıllı ev alətlərinin istifadə olunması da başqa bir müzakirə mövzusu olmuşdu.
    21 oktyabrda bütün dünyanın kütləvi informasiya agentlikləri tərəfindən paylaşılan və ABŞ-a 7 milyard ziyan verən DDoS hücumunun təfərrüatları məlum olub.
     
    Təhlükəsizlik firması olan Flashpoint isə bunun dövlət dəstəkli kiber hücum olmadığını bildirir. Firmanın verdiyi məlumata görə hücumda daha çox yeniyetmə hackerlər yer alır. Flashpoint bildirib ki, eyni qrup əvvəllər də eyni üsulla bir oyun xidmətinə hücum edib, amma uğur əldə edə bilməyib. Bu məlumat onların professional olma ehtimalını azaldır. Belə ki, yeni olan bu qrupun illərlə daha çox təcrübə toplayaraq gələcəkdə Anonymous kimi bir aktivist qrupa çevrilə biləcəyi vurğulanır. Başqa sözlə, yeni bir hacker qrupu formalaşmaqdadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər