main-post-cover

    ABŞ-a daxil olmaq istəyən xarici vətəndaşlar üçün ilk sərt qanun qüvvəyə mindi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    ABŞ höküməti ciddi addım atıb.

    Belə ki, ABŞ-ın gömrük və sərhəd nəzarəti xidməti ölkəyə daxil olan xarici vətəndaşlara, FacebookTwitter kimi sosial şəbəkələrdə olan hesabları haqqında məlumatların təqdim edilməsini təklif edir. "Technote.az"ın "3Dnews.ru"a istinadən verdiyi xəbərə əsasən yeni qaydanın təklifi bu ilin İyun ayında təqdim olunmuşdur. Bu qanun yalnız ABŞ ərazisinə müəyyən müddətə, səyahətin elektron avtorizasiyası sistemi (ESTA) vasitəsilə vizasız, daxil olan şəxslər üçün keçərlidir. Hökümətin sözlərinə görə bu tədbir, potensial təhlükənin aşkar edilməsi səbəbilə görülür. Yeni qanun artıq qüvvəyə minib. Lakin hələki sosial şəbəkə məlumatlarının təqdim olunması məcburi deyil. Gömrük və sərhəd nəzarət xidməti, ABŞ ərazisinə daxil olmaq istəyən şəxsdən, onun online iştirakını əks etdirən məlumatların təqdim olunmasını istəyir.
    Söhbət, Google+LinkedIn kimi böyük sosial şəbəkələrdə olan hesabların adlarından gedir. Hələ məlum deyil ki, əldə olunmuş məlumatlar ABŞ ərazisinə daxil olmağa əngəl yaradacaq ya yox. Lakin bunun olacağı da istisna olunmur. Belə ki, yığılan məlumatların əsas səbəbi hər-hansı birinin terror təşkilatları ilə əlaqəsinin olub-olmadığını yoxlamaqdır. Bununla yanaşı xarici vətəndaşlara, sosial şəbəkə məlumatlarının təqdim olunmaması halında belə ölkəyə daxil olmağa icazə verilir. Buna baxmayaraq sözügedən yeni qanun, insan hüquqlarını müdafiə edənlərin və bir çox texnoloji şirkətlərin etirazlarına səbəb olub. Hər iki cəmiyyətin nümayəndələri öz etirazlarını hələ qanun, İyun ayında təqim olunanda bildirmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər