ABŞ-da Galaxy Note 7 ilə bağlı sərt cəzalar qəbul olundu

166

Keçən həftə ABŞ köküməti Galaxy Note 7 smartfonlarının təyyarələrə daxil edilməsi barəsində qadağa qəbul etmişdir.

Qərara əsasən sərnişinlərə nəinki smartfonu təyyarəyə daxil etmək, hətta onu yük hissəsinə qoymaq belə qadağan edilib. Bundan əlavə olaraq aviaşirkətlərin Galay Note 7 ilə baş vermiş hadisələrə görə sözügedən model smartfon işlədən sərnişinləri təyyarəyə buraxmamaq kimi bir hüquqları da mövcuddur. Bu hələ son deyil. Bu qadağanı pozmuş hər-hansı bir sərnişin 179.933$ cərimə ödəməklə yanaşı həmçinin cinayət məsuliyyəti daşıyır. Bu halda sərnişini 10 il həbs cəzası gözləyə bilər. "Technote.az"ın "Theverge.com"a istinadən verdiyi xəbərə əsasən hər iki cəza növü birdən icra oluna bilər. Digər sözlə desək Galaxy Note 7 silahpartlayıcı cihazla eyni səviyyədə durur. Onun təyyarəyə daxil edilməsi isə federal cinayət hesab olunur.