ABŞ hakimiyyəti də Galaxy Note 7-ə qarşı çıxıb

1199

ABŞ hakimiyyəti Galaxy Note 7 istifadəçilərini cihazları söndürüb işlətməməyə çağırıb.

Bir neçə vaxt bundan öncə "Samsung” şirkəti batareyaların partlaması təhlükəsi ucbatından Galaxy Note 7 smartfonlarının satışlarını dayandırmışdır. ABŞ-ın istehlak malları üzrə təhlükəsizlik komissiyası Galaxy Note 7 sahiblərini smartfonu istifadə etməməyə və onları söndürməyə çağırıb. Bəyanatda qeyd olunub ki, komissiya "Saumsung”un öz cihazlarını tez bir zamanda geri çağırması üçün şirkət ilə çalışır. Bundan əlavə olaraq komissiya Galaxy Note 7-nin digər cihaz ilə əvəz olunmasının alıcılar üçün münasib tədbir olub olmadığını müəyyən edir. Bu cür bəyanatların səbəbi təbii ki, partlama təhlükəsi ilə qarşı-qarşıya qalmış Galaxy Note 7 batareyaları olub. Qeyd edək ki, 1 Sentyabr tarixinə kimi Galaxy Note 7-nin 35 partlayış hadisəsi müşahidə olunmuşdur. ABŞ-da isə bu hadisələr bir sıra vətəndaşlara külli miqdarda maddi ziyan vurmuşdur. Avstraliyada olan bəzi aviaşirkətlər isə hətta təyyarədə cihazdan istifadəni qadağan etmişdilər. Xoşbəxtlikdən bu hadisələr zamanı heç kim fiziki zərər çəkməyib.