ABŞ hökümətinin Ay ilə bağlı qərarı
Digər
07.05.2017
Farid Pardashunas
ABŞ höküməti özəl şirkətlərə Aya kosmik aparatların göndərilməsinə
icazə verməyi planlaşdırır. Daha əvvəllər bu cür uçuşlar yalnız hökümət layihələri
çərçivəsində reallaşdırılırdı. Bu cür uçuşa ilk icazənin alma ehtimalı yüksək
olan layihə Moon Express startapıdır. 2017-ci ilin ikinci rübündə şirkət Aya
avtomatik kosmik aparatı göndərməyi planlaşdırır. Moon Express Ay üçün nəzərdə
tutulmuş robotun hazırlanması üçün artıq Google-dan 1 milyon dollar vəsait əldə
edib. Sözügedən startap uduş vəsaitinin 20 milyon dollar olan Lunar X-Prize
konkursunun əsas namizədlərindən biridir. Konkursun şərtlərinə əsasən qalib
şirkət o hesab olunacaq hansı ki, Yer kürəsinin peykinə özünün istehsalı olan robotu
göndərə biləcək. Bundan əlavə olaraq həmin robot Ayın səthində minimum 500 m məsafə
qət edərək Yer kürəsinə foto və video materiallar göndərməlidir. Bununla bərabər
Lüksemburqun iqtisadi nazirliyi asteroidlərdə faydalı qazıntıların icazəsinə
imkan verəcək yeni qanunu tərtib edir. Gələcəkdə isə hökümət bu sahə üzrə tədqiqatlara
200 milyon dollar vəsaitin ayrılacağını planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ