ABŞ-ın banklarına böyük zərbə vurmuş rusiyalı hacker yaxalandı

452

ABŞ-ın axtardığı rusiyalı hacker yaxalandı!

ABŞ-da olan müxtəlif banklardan  5 milyon dollar məbləğində pul oğurlayan hacker, FBI tərəfindən axtarılırdı. Ötən günlərdə gələn xəbərlərə görə hacker, İspaniya-da yaxalanıb! ABŞ-da olan banklara 5 milyon dollar məbləğində zərər vuran NeverQuest adlı bank virusunun yaradıcısı Stanislav Lisov, FBI tərəfindən hər yerdə axtarılırdı. Saxta internet səhifələri ilə hesabları bir-bir boşaldan bu virus uzun müddət gündəmdə qalmışdı. Bir müddətdir ki ələ keçməyən virusun yaradıcısı İspaniyada yaxalandı. 32 yaşında rusiyalı vətəndaş olduğu bilinən Stanislav Lisov ötən günlərdə İspaniya polisi tərəfindən Barselona El Prat hava limanında yaxalandı. FBI-nın məlumatlarına görə ABŞ-dakı seçkilərə sızan hackerlar arasında oluğu bildirilən Stanislav Lisov, hələ ki Amerika-ya geri qaytarılmayıb. Əvvəlcə İspaniyada mühakimə olunacaq olan rusiyalı hacker, Amerikaya geri qaytarılması vəziyyətində seçkilərə müdaxilə etdiyi iddiaları təsdiq olunarsa çox daha ağır cəzalarla qarşı-qarşıya qalacaq.