ABŞ-ın təyyarə reysində bir Wi-Fi adına görə həyəcanlı dəqiqələr yaşandı

465

"Virgin America” aviaşirkətinin təyyarə reyslərinin birində həyəcanlı dəqiqələr yaşanıb.

Belə ki, şirkətin San Fransisko-Boston reysini həyata keçirmiş təyyarə gecikib. Bunun əsas səbəbi isə təyyarə heyətinin təyyarədə Samsung Galaxy Note7_1097 adlı Wi-Fi şəbəkəsini aşkar etməsi olub. Təyyarə kapitanı səsgücləndirici vasitəsilə sərnişinlərə xəbər verib ki, onların bütün çantaları yoxlanılacaq. Həmçinin o bildirib ki, lazım gəldikdə təyyarə Vayominqdə təcili eniş edəcək. Bir müddətdən sonra uğursuz zarafat edən şəxs özünü aşkara çıxardıb. Kapitan isə sərnişinlərə bildirib ki, təyyarədə heç bir Galaxy Note 7 cihazı yoxdur və söhbət yalnız zarafat uğruna adı dəyişilmiş Wi-Fi şəbəkəsindən gedir. Qeyd edək ki, təhlükəli hesab edilən Galaxy Note 7 smartfonları ABŞ-ın təyyarə reyslərində qadağan olunub.