main-post-cover

    ABŞ-lı startapçı, bədənə taxılaraq bir çox cihazın idarə edilə bildiyi bir çip ixtira etdi (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-lı bir startapçı, insan dərisi altına yerləşdirilə bilən naqilsiz qoşulma xüsusiyyətinə sahib cihazlar hazırladı. İlk olaraq öz dərisi altına yerləşdirdiyi bu çiplərlə, ağıllı ev sistemindən ağıllı silahına qədər cihazlarını idarə edə bilir.

    ABŞ-ın Seattle bölgəsində yaşayan ixtiraçı, bədəninə öz hazırladığı naqilsiz bir cihaz inyeksiya etdi. Bununla da ağıllı ev sisteminə, kompüterinə və motosikletinə qədər bir çox cihaza əl hərəkətləri ilə qoşula bilir. Bir çox alim İT əsrində yaşadığımızı deyir, ancaq kompüter elmlərinin inkişafı; IT qavramını belə müəmmalı hala gətirdi. Dəqiq olan bir şey var: İnsan-kompüter əlaqəsi sərhədləri zorlayır.
     
    Bunun bir nümunəsi daha – alışqın olduğumuz kimi – ABŞ-dan gəldi. 40 yaşındakı Amal Graafstra 2013-ildə, "Dangerous Things" adlı bir şirkət qurmuşdu. Gözlərin bu şirkətin üstünə çevrilməsinin səbəbi RFID texnologiyası ilə işləyən çiplər hazırlamaları idi. Beləliklə radio siqnallarından istifadə edərək, əşyalar arasında əlaqəni təmin edə bilirlər.
    Öz ixtira etdiyi sistemi yenə öz əlinə injeksiya edən Graafstra, sol əlinə 3 sağ əlinə isə 2 ədəd çip taxaraq yoxlayıb. Bu çiplər vasitəsilə sahib olduğu ağıllı silahı belə idarə edə bilən startapçı, bunları bir müddət sonra çıxardıb. Bədənində çip varkən, elektromaqnit dalğaların nə kimi təsirlər göstərdiyini ölçdükdən sonra ixtirasını daha da inkişaf etdirəcək. 

    Hər biri 40 - 250 min dollar arasında dəyişən qiymətləri olan bu çiplər, indidən bizə gələcəkdə işlərin necə gedəcəyi haqqında fikir verir. Graafstra "İlk baxışda ürküdücü gələ bilər, ancaq kiçikkən xəyal edilən texnologiyanı bugün reallaşdırırıq. Texnologiya yaxşı məqsədlər üçün istifadə edildiyində mükəmməl bir şeydir. İxtiram əslində dərinizin altında olan kiçik kompüterdir, qorxulu bir şey yoxdur.” ifadələrini istifadə etdi. Ümid edirik bu ixtira, dediyi kimi yaxşı məqsədlər üçün istifadə edilər.
    Linki kopyala