Acer yeni 199$ dəyərindəki Chromebook-nu təqdim edib

203

Acer şirkəti yeni təqdim etdiyi Chromebook haqda məlumat verib. Belə ki, bu yeni Chromebook-un ekranı 15.6 inç təşkil edir. Acer-in yeni məhsulu 12 saat şarj saxlama xüsusiyyətinə malik olub, cəmi 199$ dəyərindədir.

Digər xüsusiyyətlərinə görə yeni model köhnə modeldən çox da fərqlənmir. Belə ki, bu modelin ekranı 1366 х 768, yaddaşı 2/16 GB və Google bulud yaddaşı 100 GB təşkil edir.


Təbii ki, bu yeni modeli tam kompüter əvəzi işlətmək məsləhət deyil. Cihazı alternativ olaraq istifadə etmək daha məntiqlidir.