main-post-cover

    Adamı vahiməyə salan yeni robot (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Boston Dynamics” şirkətinin yeni icadının videosu internetə sızdırılıb.

    Söhbət, Handle adlı ikitəkərli robotdan gedir. Video, investorlar üçün keçirilmiş bağlı təqdimat zamanı çəkilib. Sözügedən şirkət daha çox öz ikiayaqlı və dördayaqlı robotları ilə tanınır. Yeni robotda isə təkərlərdən istifadə etmək maraqlı təcrübə hesab olunur. Şirkətin yaradıcısı və prezidenti olan Marc Raibert, yeni robotu, təkərlər, hissələr və dinamik balanslaşdırma sisteminin olduğu maraqlı birləşmə adlandırıb. Onun sözlərinə görə təkərlərdən istifadə, standart bədən hissələrinin istifadəsindən daha əlverişlidir. Lakin bununla yanaşı düz olmayan səthlərdə yaxşı hərəkət etmə özəlliyini qurban vermək lazım gəlir. Prezentasiyaya başlayan Marc bu sözləri demişdi. "Bu, robotun ilk təqdimatıdır. Düşünürəm ki, o sizlərə qorxulu yuxuları xatırladacaq”. Handle, iki təkər üzərində balanlaşdırmanı və mərkəzi ağırlığı optimal saxlayaraq ağır əşyaları daşımaq özəlliyinə sahibdir. Beləliklə sözügedən robot, düz, əyilmiş və otlu səth üzərində rahat hərəkət edə bilir.
    Linki kopyala