main-post-cover

    Adi butulkanı səsgücləndiriciyə çevirən Cork adlı cihaz (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günümüzdə bir çox növ naqilsiz səsgücləndirici cihazlar təqdim olunmuşdur.

    Lakin çox zaman yaxşı səs keyfiyyətinə sahib böyük səsgücləndiriciləri yanımızda daşımaq mümkün olmur. "Leedeyeon” şirkəti bu problemin həllinə çox kreativ şəkildə yanaşıb. Belə ki, şirkət səsin güclənməsi üçün adi boş butulkadan istifadə edən Cork adlı səsgücləndirici cihaz hazırlayıb. "Technote.az"ın "Kickstarter"ə istinadən verdiyi xəbərə əsasən bunun üçün sözügedən cihazı boş butulkanın ağız hissəsinə yerləşdirmək kifayətdir. Cork-dan çıxan səs butulkaya yönləndirilir və bunun hesabına səs güclənir. Bundan əlavə olaraq butulkanın ölçü və formasından asılı olaraq çıxan səs, bass və səslənmə tərzi dəyişir. Böyük və dərin butulkalarda bass çox olduğu halda, kiçik ölçülü butulkalarda səs bir qədər yığcam səslənəcək. Cork smartfon və ya digər hansısa cihaza Bluetooth vasitəsilə qoşulur. Şirkətin bildirdiyinə görə cihaz bir dəfə şarj olunandan sonra 10 saata qədər çalışa bilir. Şarj isə microUSB girişi vasitəsilə həyata keçirilir. Cork səsgücləndirici cihazını Kickstarter platformasında 43$ qiymətinə sifariş etmək olar.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər