main-post-cover

    "Adidas" və "Puma"nın maraqlı yaranış tarixi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Technote olaraq hər zaman insanların seçdikləri markaların yaranma tarixi haqda məlumatlar paylaşmağa çalışırıq. Belə ki, belə şirkətlərin marka adı alması bəzilərində məqsədli, bəzilərində isə təsadüfi seçimin nəticəsidir. Belə şirkətlərdən biri də "Adidas" və "Puma"dır.

    Bir çoxlarımızın sevərək istifadəçisi olduğumuz bu iki sport markası iki qardaşa aiddir. Bu markaların yaranma tarixi də çox maraqlıdır.
    İkinci Dünya Müharibəsi dövründə Almaniyada yaşayan Adolf DasslerRudolf Dassler adlı iki qardaş hər zaman tələb olunan ayaqqabı biznesinə başlayıblar. Onlar ilk olaraq atelye açıb və onu Gebrüder Dassler Ohg olaraq adlandırıblar. Öz işlərinə çox ciddi yanaşan bu iki qardaş necə deyərlər Alman keyfiyyəti ilə tez bir zamanda tanına biliblər. Qardaşlar əsasən sport stilli ayaqqabı istehsalı ilə məşğul olublar. Hətta həmin dövrün çətinlikləri də bu qardaşları işindən geri qoya bilməyib. Belə ki, elektrik enerjisi baxımından əziyyət çəkməmək üçün ilk vaxtlar velosipeddən istifadə edərək enerji istehsal edib və onun köməyilə dəriləri kəsirlərmiş. Daha sonra Adolf adlı qardaş bu dərilərdən ayaqqabı istehsal edir, Rudolf isə onların satışını gerçəkləşdirirmiş.
    1936-ci ildə isə artıq bu ayaqqabılar dünya arenalarına ilk addım atmışlar. Belə ki, ABŞ-dan olan atlet Jesse Owens ilk dəfə Berlin Olimpiadasında bu ayaqqabılarla mübarizəyə qoşulmuş və 4 qızıl medal qazanmışdır.
    Amma təbii ki, bu iş şərikliyi də sonda aralarında qısqanclığın yaranmasına səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, Adolf, qardaşı Rudolfu ABŞ təhlükəsizlik orqanlarına şikayət edib. Bu haqda təhlükəsizlik orqanlarının hesabatında məlumat öz əksini tapıb.

    Vəziyyət belə olduqda isə qardaşlar fəaliyyətlərini ayrı-ayrılıqda davam etdirmək qərarına gəliblər. 1948-ci ildə isə onların yolları tamamilə bir-birlərindən ayrılıb. Adolf "Adidas"ı, Rudolf isə "Puma"nı yaradıb. Hətta vəziyyət elə həddə çatıb ki, istifadəçilər AdidasPumaçılar deyə adlandırılmağa başlayıb. Bu vəziyyət illərcə belə davam edib. Əsas məqsədin keyfiyyət olduğu bu iki marka yaradıcıları ömürlərinin axrınadək küsülü qalmışlar. Rudolf 1974-cü ildə, Adolf isə ondan 4 il sonra həyata bir dəfəlik gözlərini yumub. Amma onların ölümü belə bu iki marka davamçılarını barışdırmayıb və hətta bir-biri haqda şikayətlər etməyə davam ediblər. Nəhayət 2009-cu ildə bu düşmənçiliyə son nöqtə qoyulub. FIFA, Dünya Barışıq günündə bu iki markasını 61 ildən sonra barışdırmağa nail ola bilib. Bu hekayə ilə tanış olduqda istər-istəməz adamın yaddaşında şokolad fabriki açan iki qardaşın mübarizəsinə aid reklam canlanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər