"Adidas"dan bir ayaqqabıya 263 saat baxdıran möhtəşəm reklam kampaniyası

1086

"Adidas" son reklam kampaniyası ilə 10 gün boyunca insanlara şəhərdə bir yerlərdə dayanan bir cüt ayaqqabını izlətdirir. 

Günlər boyunca insanları məhsuluna baxdırmaq bəlkə də hər reklamverənin xəyalıdır... Lakin "Adidas", "Friends Moscow" tərəfindən hazırlanan yeni reklam kampaniyası ilə bu xəyalı reallığa çevirdi.
Adidas Originals NMD kolleksiyası üçün hazırlanan kampaniyada Moskvanın bir yerinə yerləşdirilən bir cüt ayaqqanı canlı yayımla internetdən nümayiş etdirilir. İnsanlar ayaqqabını tapsalar onu götürə bilərlər. Ayaqqabını kimsə götürdüsə başqa bir yerdə yerləşdirilmiş NMD kolleksiyasından başqa bir cüt ayaqqabı göstərilir və bu canlı yayım 10 gün davam edir. İnsanlar da ayaqqabını biriləri tapana qədər canlı yayımdan olduğu yerdə dayanan ayaqqabını izləyir və harada olduğunu anlamağa çalışırlar. 

NƏTİCƏ?

10 gün, 263 saat, 82 məkan, 82 cüt ayaqqabı, 82 qazanan, 500.000 istifadəçi, 43.000 şərh, adam başına ortalama 5 dəqiqə izlənmə vaxtı.
Gələn şərhlər də qəribədir: 3 gündür yatmadım deyən də var, "Adidas" vasitəsilə belə bir həyəcan yaşadığı üçün sevinən də. 
Təsirlidir, elə deyil?