"Adobe" 540 milyona "TubeMogul"u satın aldı

144

"Adobe" öz standartlarından kənar çıxaraq böyük bir alış-veriş həyata keçirdi. Belə ki, şirkət məşhur bir reklam texnologiya firmasını almaq üçün 540 milyon dollarlıq təklif irəli sürdü.

Belə ki, "Adobe" təqdim etdiyi bir sıra məshulları ilə texnologiya bazarında özünəməxsus yerə sahibdir. Amma bu dəfə şirkət fərqli bir yatırım etdi və "TubeMogul"u almaq haqda qərarını açıqladı.

"TubeMogul" 2006-cı ildə qurulan, agentlik və markalara video reklam xidməti verən şirkətdir. 2014-cü ildə artıq ictimaiyyətə də təqdim olunan şirkət son vaxtlar bir qədər geriləmə yaşayırdı. Hətta bu həftə "TubeMogul"un hissə payları 8 dollar səviyyəsində aşağı düşüb. Amma buna baxmayaraq, "Adobe" bu şirkətin hər bir hissə payı üçün 14 dollar ödəmək təklifi ilə çıxış edib. Firmanın son vaxtlar o qədər də uğur əldə etməməsini nəzərə alsaq bu doğrudan da çox böyük rəqəmdir. Şirkətin bütün nəğd pul və borclarını əhatə edən yekun məbləğ 540 milyon dollar təşkil etdi.


Edilən açıqlamaya görə "TubeMogul" bundan sonra Adobe Marketing Cloud daxilində yer alacaq və müstəqil reklam ilə məlumatların idarə olunması xidmətini təmin edəcək. "Adobe”un səlahiyyətli nümayəndələrindən olan Brad Rencher verdiyi açıqlamada televiziyada, filmlərdə və ya məşhur Hollywood filmlərində artıq video reklamların xüsusi yer tutduğunu, "TubeMogul"u almaqla "Adobe" müştərilərinə daha yüksək səviyyəli xidmətlər təklif edəcəklərini dilə gətirib.

Bundan sonra "TubeMogul"un CEO-su Brett Wilson "Adobe"un daxilində öz heyəti ilə birgə işinə davam edəcək.