main-post-cover

    Adobe Photoshop Fix, Android üçün təqdim olundu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mobil cihazlar üçün ən yaxşı foto redaktor olan Adobe Photoshop Fix keçən il iOS platforması üçün istifadəyə verilmişdi. Bu il isə artıq tətbiq Android istifadəçilərinə təqdim olundu.

    "Adobe"un iOS istifadəçilərinə təqdim etdiyi Photoshop Fix tətbiqini artıq Android istifadəçiləri də istifadə edə biləcək. Bu tətbiq öz fotolarını sosial mediada paylaşmağı sevənlər üçün əvəzolunmaz vasitədir. Ağıllı telefonlar üçün xüsusi olaraq dizayn olunmuş Photoshop Fix, mobil cihazlarda foto redaktəsini asanlaşdırır.

    Tətbiqin əsas xüsusiyyətlərindən biri selfie fotolarını daha yaxşı hala gətirdiyi kimi, digər fotolar üzərində işləmək üçün də bir çox fərqli funksiyalar təklif etməsidir.
    iOS istifadəçiləri tətbiqi burdan, Android istifadəçilər isə burdan yükləyə bilərlər.
    Linki kopyala