main-post-cover

    Afrikada inanılmaz bioloji kəşf edilib (VİDEO)

    07.05.2017
    Farid Pardashunas

    Cənubi Afrikadakı ekspedisiya zamanı amerikalı alimlər elmə məlum olan mikroorqanizmin yaşca ən böyüyünü kəşf ediblər.

    Onun yaşı 2.5 milyard il təyin olunub. Tapılmış qazıntı süxurlarında hamar divarlara sahib kürəşəkilli bakteriya aşkar edilib. Aşkar edilmiş bakteriya, öz müasir üzvlərindən daha böyükdür və oksigen miqdarının sıfıra bərabər olduğu yaşam mühitinə sahib birhüceyrəli orqanizmlərə oxşayır. Bu kəşf, Yer kürəsinin yarandığı ilkin mərhələlərdəki canlı orqanizmlərin günümüzə qədər gəlib çıxdıqları ehtimalını təsdiqləyir. Qeyd etmək lazımdır ki, o dövrlərdə indikindən fərqli olaraq atmosferdəki oksigenin miqdarı 0.0001% idi. Geoloqların fikrincə aşkar edilmiş bakteriya növü, Yer kürəsində nəzəri cəhətdən olmuş ilk superkontinent Vaalbaru-da məskənləşmişdir. Həmin kontinent müasir Avstraliya ilə Afrika ərazilərinin birləşməsindən yaranmışdır. 3.6 milyard il öncə yaranmış kontinent 2.5 milyard il öncə ikiyə ayrılmağa başladı. Məhz həmin vaxtda qlobal oksigen inqilabı başladı. Yer kürəsinin atmosferindəki qlobal dəyişikliklər səbəbindən oksigenə ehtiyac duymayan orqanizmlər məhv oldular və onların yerinə yeni orqanizmlər yarandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər