main-post-cover

    Ağıllı saatda inqilab yaradacaq: Apple Watch 2-nin texniki Xüsusiyyətləri və qiyməti

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple-ın yeni ağıllı saatı Apple Watch 2 tanıdıldı. Yeni Apple Watch 2 bir çox yenilikləri ilə diqqət çəkib.
    Apple-ın dünənki tanıtım mərasimində təqdim olunan iPhone 7 və iPhone 7 Plus telefonları ilə birgə Apple Watch 2-də xüsusi diqqət çəkib. Apple Watch 2 digər ağıllı saatlardan fərqli inkişaf etmiş yeniliklərlə qarşımıza çıxır. Dizayn baxımından fərqlilik olmadığından Apple Watch 2 adı saxlanılıb. Bu ağıllı telefon digərlərindən fərqli olaraq 50 metr dərinlikdə belə üzsəniz su keçirmir.
    Ekran baxımından da inkişaf etmiş Appla Watch 2, parlaqlığını 1000 nit-ə qədər yüksəldə bilib.Təbii ki, yüksək parlaqlıq batareyaya təsir edən əsas amillərdən sayılır. Amma Apple nümayəndələri bunu nəzərə alaraq parlaqlıq keyfiyyətini təkminləşdirdiklərini qeyd ediblər. Bundan əlavə iPhone-dan asılı olmadan Apple Watch-da daxili GPS mövcuddur.

    Lüks sevənlər üçün seramik korpus

    Dizayn baxımından ən üst markalardan olan Hermes ilə çalışan Apple, Apple Watch 2-də seramik korpus istifadə edib. Seramik korpuslu Apple Watch 2-nin qiyməti hələki məlum deyil.
    Apple Watch Hermes

    Nike ilə işbirliyi

    Yeni Apple Watch-un idmançılar üçün xüsusi modeli, Nike ilə işbirliyinin məhsulu sayıla bilər. Bu seriya ana modeldən fərqli və sport stildə dizayn olunub. Nike qaçışla məşğul olanlara bu saatı tövsiyə edib. Bu saatın insanlara idmanı daha çox sevdirəcəyi bildirilib.
    Yeni Apple Watch 2-nin ilkin 239$ başlayır. Modellərə görə qiymətlər artan sırayla dəyişir. Daha ətraflı məlumatı burdan ala bilərsiniz.
    Apple Watch Nike haqqında

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər