main-post-cover

    Ağıllı zibil qutuları istehsal edəcək startap

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Fransa startapı Uzer yeni startap layihəsi olan "ağıllı” zibil qutusunu təqdim edib. Yeni "ağıllı” zibil qutusu bir qədər qəribə səslənsə də funksionallığı heç də az deyil. Belə ki, Eugene adlı qutu hansı əşyaları atıb, hansıları saxlamaq haqda sizi xəbərdar edir. Bundan əlavə Eugene atılan zibilin statistikasını sizin telefonunuza göndərir. Atılan zibilə görə sizə evinizdə alış-veriş siyahınızı tərtib etməkdə yardımçı olur. "Ağıllı” zibil qutusu hətta sizin əvəzinizə də sifariş verə bilir.
    Bundan əlavə "ağıllı” zibil qutusunun əsas müsbət tərəfi yenidən emal olunan və olunmayan əşyaları təyin edə bilməsidir. Belə ki, qutunun ön hissəsində yer alan ştrix-kod bunu təyin etməkdə sizə yardımçı olacaq. Siz atmaq istədiyiniz əşyanı ştrix-koda yaxınlaşdıraraq onun hansı hissəyə atılacağını öyrənirsiniz. Hansı hissə deyirik, çünki zibil qutusu 2 hissədən təşkil olunub.
    Bu qutular ekoloji cəhətdən çox yararlı hesab oluna bilər. Çünki, təbiətə atılan bir sıra zibil saydığımız artıqlar əslində sonradan emal olunaraq yenidən istifadəyə yararlı hala gətirolə bilər. Təbii ki, bu zibil qutusu da digər ağıllı vasitələr kimi internetə bağlı istifadə olunmalıdır. Bunun üçün tətbiq də mövcuddur.
     
     
    Xatırladaq ki, bu zibil qutusu ilkin prototip olub, 299$ ilkin məbləğ olaraq təyin olunub.
    Fransa bu ekoloji yeniliklərə üstünlük verən bir ölkə olmaqla yanaşı, bir müddət əvvəl plastik qabların istehsalını dayandıracağını açıqlamışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər