main-post-cover

    Ailə qəzada həyatını itirən 5 yaşlı qızının ölümünə görə Apple-ı məhkəməyə verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ailə qəza nəticəsində həyatını itirən qızına görə Apple-ı məhkəməyə verdi.

    Avtomobil qəzası bir ailənin 5 yaşlı uşağının ölümünə səbəb oldu.
    Belə ki, bir ailə tıxaca görə avtomobili yavaş idarə etməyə başlayıb və bu zaman adı açıqlanmayan 20 yaşlı gənc, saatda 65mil sürətlə gələrək onlara çırpılıb. Qəzada ailənin 5 yaşlı qızı həyatını itirib. İşin maraqlı tərəfi isə baş verən hadisəyə görə ailə Apple-ı məhkəməyə verib. Səbəb isə 20 yaşlı gəncin maşını idarə edərkən iPhone 6 ilə FaceTime üzərindən görüntülü söhbət etməsi olub.
     
    Polislər gələnədək FaceTime hələ də aktiv olub. Ailə üzvü 2008-ci ildən bu yana Facetime ilə görüntülü söhbəti maşın sürərkən deaktiv edən texnologiyanın mövcud olduğunu və Apple-ın bu texnologiyanın patentinə sahib olduğu bildirib.
    Zərərçəkən tərəf buna görə də Apple-ı məhkəməyə verib. Onlar bildirib ki, Apple bu texnologiyanı aktiv etsəydi qəza baş verməzdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər