main-post-cover

    Airbnb servisi ümumilikdə 1 milyard dollar investisiya alıb

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Mənzil icarəsi ilə məşğul olan məşhur servis Airbnb, növbəti investisiya raundu zamanı 1 milyard dollar investisiya alıb.

    Crunchbase-in məlumatlarına əsasən bu ay keçirilmiş F raundunda servis, 447.85 milyon dollar investisiya cəlb edib. Keçən ilin Sentyabr ayında həmin raund zamanı isə servis, 555.46 milyon dollar investisiya almışdı. 9 illik çalışma müddətdi ərzində servis ümumilikdə 3.4 milyard dollar investisiya alıb. Məlumata əsasən sözügedən raundun yeni investorları "Google Capital”, "TCV”, "Sequoia Capital” və "Andreessen Horowitz” fondları olub. Qeyd etmək lazımdır ki, siyahıda olan ilk iki fond, raundun aparıcı investorları olub. Hal-hazırda Airbnb-in qiyməti 31 milyard dollar təşkil edir. Bu göstərici isə 2015-ci ildə sona çatmış investisiya raundu göstəricisindən 25% çoxdur. Yeni investisiya imkanları, turistik proqramların və lüks mənzillərin icarəyə verilməsi sahələrində şirkətin böyüməsi üçün nəzərdə tutulub. Məlumata əsasən Airbnb, 2016-cə ilin ikinoci yarısını gəlir iiə bitirmişdi. Servis bu il də gəlirli olmağı planlaşdırır. Yaxın zamanda şirkətin, birjaya çıxmaq kimi br fikri yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər