AirPods-ları itiməkdən qorxanlar üçün maraqlı həll yolu təqdim olunub

2832

Keçən həftə "Apple” şirkəti ənənəvi qulaqlıq girişinin olmadığı iPhone 7-ni təqdim etmişdir. Yeni cihazda adi qulaqlıqları Lightning girişinə yalnız xüsusi naqil vasitəsilə qoşmaq olar.

Şirkət özü, təqdim etdiyi naqilsiz AirPods qulaqlıqlarını təklif edir. Onlar cihaza Bluetooth vasitəsilə qoşulur. AirPods-un təqdimatından sonra bir çox mütəxəssis və adi istifadəçilər qulaqlıq haqqında öz fikirlərini sosial şəbəkələrdə bildirmişdilər. Cihazı bəyənənlər və bəyənməyənlər də oldu. Onun müsbət və mənfi cəhətləri haqqında istifadəçilər öz fikirlərini qeyd etdilər. Lakin bir çox istifadəçi qulaqlığın əsas mənfi cəhəti haqqında öz narazılıqlarını bildirmişdilər. Həmin mənfi cəhət isə qulaqlıqların asan şəkildə itirilməsidir. Nə vaxtsa metroda pik vaxtda olanlar bilirlər ki, həmin qulaqlıqları o qədər insanın arasında itirmək çox asandır. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən bu problemi nəzərə alan "Spigen” şirkəti öz həll üsulunu təqdim edib. Belə ki, şirkət AirPod Strap adlı rezin bağı təqdim edib. 55.6 sm uzuluğunda olan rezin bağ AirPods qulaqlıqlarının itirilməsinin qarşısını alır. Məhsul çox qəribə görünməklə yanaşı həmdə "Apple”ın əsas konsepsiyasını öldürür. Buna baxmayaraq şirkət rəsmi olaraq bu bağları anons edib və ön sifarişi açıb. Qeyd edək ki, bu bağlar 10$ qiymətinə satılır.